Tayvana silah satışına görə Çin ABŞ-ın müdafiə şirkətlərinə və on fiziki şəxsə qarşı sanksiya tətbiq edib
Çin Tayvana silah satdığına görə ABŞ-ın müdafiə şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.
Xüsusi ilə 20 müdafiə şirkəti və 10 fiziki şəxsə sanksiya tətbiq edilib.
Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalar şirkətlərin və fiziki şəxslərin Çində olan hər hansı aktivlərinin dondurulmasını, həmçinin yerli təşkilatlara və fiziki şəxslərə onlarla biznes əlaqələrinin qurulmasının qadağan edilməsini nəzərdə tutur.
“Tayvan məsələsi Çin üçün əsas maraqların mərkəzidir və bu, Çin-ABŞ münasibətlərində keçilməz ilk qırmızı xətdir”, – deyə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyində bildiriblər.
Məlumat üçün bildirək ki, ABŞ yaxın zamanda Tayvana 11,1 milyard dollar dəyərində silah satışını təsdiqləyib.