Tayvan Xarici İşlər Nazirliyi – Tayvan suveren və müstəqil demokratik dövlətdir və Çin Xalq Respublikasına tabe deyil

18:57, 16.05.2026

Tayvan suveren və müstəqil demokratik dövlətdir və Çin Xalq Respublikasına tabe deyil, – bu barədə Tayvanın Xarici İşlər Nazirliyi Donald Trampın Çinə verdiyi bəyanata cavab olaraq bildirib.

Tayvan Xarici İşlər Nazirliyi, Ağ Ev rəhbərinin Pekinə səfəri zamanı jurnalistin “Çinin müdaxiləsi baş verərsə, ABŞ Tayvana kömək edəcəkmi?” sualına Trampın “heç kimin müstəqil olmasını istəmirəm” deyə cavab verdiyi bəyanatına reaksiya bildirib.

Bununla yanaşı, Tayvanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ABŞ adaya silah satmalıdır, çünki bu, Tayvanın təhlükəsizliyi üçün vacibdir.

“ABŞ-nin Tayvana silah satması təkcə Tayvanla Münasibətlər Aktında aydın şəkildə nəzərdə tutulmuş Vaşinqtonun təhlükəsizlik öhdəliyi deyil, həm də regional təhdidlərə qarşı birgə çəkindirmə formasıdır”, – nazirliyin bəyanatında deyilib.

“Politico”nun yazdığına görə, ABŞ özünüidarə edən adanı rəsmi olaraq tanımasa da, Pekin Vaşinqtonu Tayvana silah satdığına görə hələ də tənqid edir.

Oxşar