Taylandda xilas edilən uşaqlar ilk videomüraciətini yayırlar (video)

Taylandda xilas edilən uşaqlar xəstəxanada çəkilmiş ilk videomüraciətini yayırlar.

Videomüraciətində uşaqlar deyirlər ki, indi özlərini yaxşı hiss edirlər və onların xilas edilməsi əməliyyatında iştirak edən bütün insanlara təşəkkürlərini bildirirlər.

Videomüraciətdə müəyyən olunur ki, hazırda uşaqlar Tayland yeməkləri, xüsusi ilə də ət üçün darıxırlar, lakin onlar sərt pəhrizdədirlər.

Bu gün həmçinin məlum oldu ki, onlar Dünya Çempionatına canlı yayımda baxmayacaqlar, oyunun təkrarını onlara sonralar göstərəcəklər. Həkimlərin bəyan etdiyinə görə, oyun Tayland vaxtı ilə çox gecdir, yatmaq isə vacibdir.