Tato Qriqalaşvili Paris Olimpiadasının yarımfinalında güləşəcək #1TVSPORT
“Paris 2024” Olimpiya Oyunlarında cüdo turnirinin dördüncü yarış günündə üçqat dünya çempionu Tato Qriqalaşvili (81 kq) yarımfinalda güləşəcək.
24 yaşlı gürcü 1/4 finalda tacik Somon Mahmadbekovu əlavə vaxtda “vaza-ari” ilə məğlub etdi. Qriqalaşvili finala çıxmaq üçün cənubi koreyalı Li ilə qarşılaşacaq – final bloku saat 18:00-da başlayacaq.
Bu gün yarışda iştirak edən ikinci gürcü – Olimpiya oyunlarının debütantı Eter Askilaşvili (63 kq) ilk qarşılaşmada sloveniyalı Andrea Leskiyə ipponla məğlub olaraq turnirlə vidalaşdı.
Xatırladaq ki, Parisdə cüdo turnirində Gürcüstan millisi hələlik medal qazanmayıb.