Tato Qriqalaşvili Olimpiadanı qələbə ilə açdı #1TVSPORT
Tato Qriqalaşvili Olimpiadanı qələbə ilə açdı #1TVSPORT

 
“Paris 2024” Olimpiya Oyunlarında cüdo turnirinin dördüncü yarış günündə üçqat dünya çempionu Tato Qriqalaşvili (81 kq) Olimpiadanı qələbə ilə açdı.

Gürcü əlavə vaxtda moldovalı Mixail Latişevə qalib gəldi və 1/8 finala yüksəldi. Tato rəqibinə iki dəfə xəbərdarlıq etdirdi, lakin Latişev yekun olaraq, qadağan edilmiş fəndə görə yarışdan kənarlaşdırıldı.

Tatonun növbəti rəqibi ehtimal ki, Avstriyanın nümayəndəsi Vahid Borçaşvili olacaq.

Bu gün yarışda iştirak edən ikinci gürcü – Olimpiya oyunlarının debütantı Eter Askilaşvili (63 kq) ilk qarşılaşmada sloveniyalı Andrea Leskiyə ipponla məğlub olaraq turnirlə vidalaşdı.

Xatırladaq ki, Parisdə cüdo turnirində Gürcüstan millisi hələlik medal qazanmayıb.