Tato Qriqalaşvili Avstriya adından mübarizə aparan Vahid Borçaşvilini məğlub etdi və Olimpiadanın 1/4 finalına yüksəldi #1TVSPORT
“Paris 2024” Olimpiya Oyunlarında cüdo turnirinin dördüncü yarış günündə üçqat dünya çempionu Tato Qriqalaşvili (81 kq) ikinci qarşılaşmada da qalib gəldi və 1/4 finala yüksəldi.
Gürcü Avstriya təmsilçisi Vahid Borçaşvilini “vaza-ari” ilə məğlub etdi. Tato yarımfinala yüksəlmək üçün tacik Mahmadbekov ilə qarşılaşacaq.
Bu gün yarışda iştirak edən ikinci gürcü – Olimpiya oyunlarının debütantı Eter Askilaşvili (63 kq) ilk qarşılaşmada sloveniyalı Andrea Leskiyə ipponla məğlub olaraq turnirlə vidalaşdı.
Xatırladaq ki, Parisdə cüdo turnirində Gürcüstan millisi hələlik medal qazanmayıb.