Tato Qriqalaşvili Paris Olimpiadasının finalında güləşəcək #1TVSPORT
“Paris 2024” Olimpiya Oyunlarında cüdo turnirinin dördüncü yarış günündə üçqat dünya çempionu Tato Qriqalaşvili (81 kq) finalda güləşəcək.
24 yaşlı gürcü finala keçmək üçün əlavə vaxtda cənubi koreyalı Con Hvan Lini “vaza-ari” ilə məğlub etdi və Olimpiadada qızıl medal uğrunda mübarizə aparacaq. Finalda Tatonun rəqibi yapon Naqase ilə italyan Espozito arasında yarışdan qalib ayrılan cüdoçu olacaq.
Bu gün yarışda iştirak edən ikinci gürcü – Olimpiya oyunlarının debütantı Eter Askilaşvili (63 kq) ilk qarşılaşmada sloveniyalı Andrea Leskiyə ipponla məğlub olaraq turnirlə vidalaşdı.
Xatırladaq ki, Parisdə Gürcüstan millisi bu günədək medal qazanmayıb.