Tarixdə ilk dəfə qadın İspaniya Ali Məhkəməsinin sədri seçilib

21:52, 03.09.2024

 

Tarixdə ilk dəfə qadın İspaniya Ali Məhkəməsinin sədri seçilib. Bu vəzifəyə 66 yaşlı İzabel Perelio təyin edilib.

Perelio şuranın 16 üzvünün dəstəyini qazanıb.

1812-ci ildə bu məhkəmə orqanı yaradıldıqdan sonra ilk dəfə olaraq qadını onun rəhbəri seçiblər.

Perelio sentyabrın 4-də and içəcək.

İspaniyanın Baş naziri Pedro Sançes qadının Ali Məhkəmənin sədri seçilməsini təqdir edib və qeyd edib ki, “bərabərlik demokratiyanın əsasıdır”.

Oxşar