Tanınmamış Dağlıq Qarabağın administrasiyasında rus sülhməramlıların atəşi dayandırmaq təklifi ilə razılaşdıqlarını bildirirlər
Tanınmamış Dağlıq Qarabağın administrasiyasında rus sülhməramlıların atəşi dayandırmaq təklifi ilə razılaşdıqlarını bildirirlər

 
Tanınmamış Dağlıq Qarabağ administrasiyası rus sülhməramlıların atəşi dayandırmaq təklifi ilə razılaşıb. Bu barədə tanınmamış respublikanın informasiya mərkəzinə istinadən “BBC”nin rusdilli redaksiyası məlumat yayıb.

Bəyanatda bildirilir ki, bəzi hissələrdə Azərbaycan qüvvələri bir neçə yüksəkliyi və strateji yol qovşaqlarını ələ keçirib, hər iki tərəfdən itkilər var. Belə ki, tanınmamış Qarabağ administrasiyası “atəşkəslə bağlı Rusiya sülhməramlı missiyasının komandanlığının təklifini qəbul edir”.

Onlar tərəfindən verilmiş məlumatda qeyd olunduğu üzrə, Rusiya tərəfi ilə əldə olunan razılaşmaya əsasən, sentyabrın 20-si saat 13:00-dan etibarən hərbi əməliyyatlar dayandırılmalıdır.

Bəyanatda tanınmamış Qarabağ qüvvələrinin tam tərksilah edilməsindən də bəhs edilir.