Tamaz Bestaev Cənubi Osetiya Administrasiyasının rəhbəri təyin edilib
Tamaz Bestaev Cənubi Osetiya Administrasiyasının rəhbəri təyin edilib

 

Tamaz Bestaev Cənubi Osetiya Administrasiyasının rəhbəri təyin edilib. Hökumət Administrasiyasından verilən məlumatda, baş nazir İrakli Ğaribaşvilinin bu gün Bestaevlə şəxsən görüşdüyü və onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdiyi deyilir.

Tamaz Bestaev sözügedən vəzifədə Dimitri Sanakoevi əvəzləyib, o bu yaxınlarda vəzifəsini tərk edib.Son 15 il ərzində Bestaev Cənubi Osetiya Administrasiyasının Səhiyyə və Sosial Təminat Xidmətinə rəhbərlik edib.

Hökumət başçısı Cənubi Osetiya Administrasiyasının yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb və ona dəstək olacağına söz verib.