Tamar Taliaşvili ABŞ Senatının Dövlət Təhlükəsizliyi və Hökumət Məsələləri Komitəsinin sədri, Respublikaçı senator Rend Pol ilə görüşüb.
Tamar Taliaşvili ABŞ Senatının Dövlət Təhlükəsizliyi və Hökumət Məsələləri Komitəsinin sədri, Respublikaçı senator Rend Pol ilə görüşüb.

Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili ABŞ Senatının Daxili Təhlükəsizlik və Hökumət Məsələləri Komitəsinin sədri, respublikaçı senator Rend Pol ilə görüş keçirib. O, həmçinin Senatın Xarici Münasibətlər, Sağlamlıq, Əmək və Pensiya, eləcə də Kiçik Biznes və İstehsalat komitələrinin üzvüdür.

Bu barədə Gürcüstanın ABŞ-dakı səfirliyi məlumat yayır.

“Görüş çərçivəsində söhbət zamanı Gürcüstan–ABŞ münasibətlərinin möhkəmləndirilməsi perspektivlərinə toxunulub. Həmçinin regionda baş verən hadisələr, sülh təşəbbüslərinin əhəmiyyəti və beynəlxalq münasibətlər kontekstində aktual məsələlər müzakirə edilib”, – məlumatda qeyd olunub.