"Tamar Mepe" (Kraliça Tamar) körpüsündə planlaşdırılan işlərlə əlaqədar gecə saatlarında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
"Tamar Mepe" (Kraliça Tamar) körpüsündə planlaşdırılan işlərlə əlaqədar gecə saatlarında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti “Tamar Mepe” (Kraliça Tamar) körpüsündə mövcud piyada səkilərinin bərpasına başlanılır.

Planlaşdırılan işlərlə əlaqədar, cari ilin iyulun 22-dən etibarən bir ay ərzində “Tamar Mepe” (Kraliça Tamar) körpüsündə mövcud avtobus zolaqlarında hərəkət gecə saatlarında məhdudlaşdırılacaq.

Bərpa işləri zamanı piyadalar üçün yolun kənar zolağında xüsusi olaraq ikiqat mühafizə səddləri (bariyerləri) quraşdırılacaq ki, bu da piyadaların təhlükəsiz hərəkətini təmin edəcək.

İctimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqlarda, körpüdə yerləşən avtobus zolaqlarında hərəkət saat 00:00-dan 06:00-dək yalnız icazə verilən avtonəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Məhdudiyyətlər əvvəlcə körpünün bir tərəfində, sonra isə digər tərəfində növbə ilə tətbiq olunacaq.

Məlumatı Tbilisi meriyası yayır.