Tamar Çerqoleişvili - Rejimlə danışıqlar rejimin xilası ilə deyil, hakimiyyətin ötürülməsi ilə başlayacaq, "Lelo" qətiyyən bu dialoqun təşəbbüskarı olmayacaq
Rejimlə danışıqlar mütləq başlayacaq. Amma onlar rejimin xilası ilə deyil, hakimiyyətin ötürülməsi ilə başlayacaq, – bu barədə “Federalistlər” partiyasının lideri Tamar Çerqoleişvili sosial şəbəkədə yazır.
Çerqoleişvili qeyd edir ki, bu dialoqun təşəbbüskarı gürcü xalqı olacaq.
“Lelo” qətiyyən bu dialoqun təşəbbüskarı olmayacaq. Bu dialoqun təşəbbüskarı gürcü xalqı olacaq, çünki onlar rejimə başqa yol buraxmayacaqlar”, – deyə Tamar Çerqoleişvili yazır.
Məlumat üçün bildirək ki, “Lelo – Güclü Gürcüstan” partiyanın rəhbərlik şurasının görüşündən sonra bəyanat yayıb, bəyanatda “Gürcü Arzusu” ilə 2024-cü il parlament seçkilərində Gürcüstan əhalisinin əksəriyyətinin dəstəyini qazanmış müxalifət partiyaları arasında məsuliyyətli siyasi danışıqlara başlamağın lazım olduğu qeyd olunub.