Gürcüstanın birinci xanımı Tamar Baqrationi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı nahar yeməyində qəbul edib.
Bu barədə Mehriban Əliyeva sosial şəbəkədə yazır.
“6 apreldə Tbilisidə Gürcüstanın birinci xanımı Tamar Baqrationi adından Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın şərəfinə nahar yeməyi verildi”, – deyə Azərbaycanın birinci xanımı “X” sosial şəbəkəsində yazır.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Gürcüstana səfər edib.