"Taliba"nın hərbi bölməsinin məlumatına görə, Pakistanın sərhəd məntəqələrinə cavab hücumları başlayıb
"Taliba"nın hərbi bölməsinin məlumatına görə, Pakistanın sərhəd məntəqələrinə cavab hücumları başlayıb

Pakistanın sərhəd məntəqələrinə cavab hücumları başlayıb, – “Taliba”nın hərbi bölməsi məlumat yayır.

“Taliba” administrasiyasının nümayəndəsinin Zəbihullah Mücahidin sözlərinə görə, “onlar təxribata müvafiq şəkildə cavab verəcəklər”.

“Pakistan hərbi dairələrinin təkrarlanan təxribatlarına və qanun pozuntularına cavab olaraq, Durand xətti boyunca Pakistan hərbi mövqelərinə və obyektlərinə qarşı irimiqyaslı hücum əməliyyatları başlayıb”, – Mücahid bildirib.

Məlumat üçün bildirək ki, 22 fevralda Pakistan Əfqanıstana hücum edib. Pakistanda bildiriblər ki, zərbələr Ramazan ayında kamikadze terroristin partlayıcı ilə yüklənmiş avtomobillə hərbi avtomobil karvanına çırpılmasından və nəticədə iki hərbçinin həlak olmasından sonra Əfqanıstanda fəaliyyət göstərən silahlı qrupların hədəflərinə endirilib. Pakistanda həmçinin bildirirlər ki, hücumları Əfqanıstanda yerləşən liderlərindən və kuratorlarından əmr alan Pakistan Talibanı həyata keçirib.