Taksi sürücüləri üçün tənzimləmələr

Taksi sürücüləri küçələrə axışıblar. Etirazlar oktyabrda tətbiq edilməsi nəzərdə tutulan tənzimləmələrlə bağlıdır. Meriya tərəfindən təyin olunmuş normalar sağsükanlı maşınların taksi kimi fəaliyyət göstərməsinə məhdudiyyət qoyur. Yeni standart, maşınların ağ rəngə boyanmasını da nəzərdə tutur. Şəhər hökuməti sürücülərə, maşınlarına reklam yerləşdirilməsinə qarşılıq olaraq maşınların boyanmasını pulsuz təmin edir. Lakin buna baxmayaraq tənzimləmələr yenə də narazılığa səbəb oldu. Təhlükəsizlik normalarının qorunmasını arqument kimi götürən meriya geri çəkilmək niyyətində deyil.