Taxılla yüklənmiş daha 12 gəmi Ukrayna limanlarını tərk edib

10:35, 05.09.2022

 

Taxılla yüklənmiş daha 12 gəmi Ukrayna limanlarını tərk edib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayır.

Bu, “Taxıl Təşəbbüsü”nün başlamasından sonra ən böyük gəmi karvanıdır. Türkiyə Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında Ukrayna limanlarından taxıl daşınmasının davam etdiyi deyilir.

Odessa, Yujnı və Çernomorsk limanlarını tərk edən gəmilər 280 min tondan çox məhsulla yüklüdür. Onlar yükləri səkkiz ölkəyə çatdıracaqlar.

İstanbul Birgə Koordinasiya Mərkəzinin (İKM) Ukrayna limanlarından ərzaqla yüklənmiş 3 gəminin yola salınmasına icazə verməsi ilə bağlı məlumat yayılır, gəmilər sentyabrın 5-də limanları tərk edəcəklər.

Oxşar