Tacikistanda 5,9 və 4,2 bal gücündə iki zəlzələ baş verib

14:24, 13.04.2025

Tacikistanda iki zəlzələ baş verib. “Reuters”un  xəbər verdiyinə görə, yeraltı təkanların gücü 5,9 və 4,2 bal təşkil edirdi. Zəlzələnin episentri ölkənin paytaxtı Düşənbədən 180 kilometr aralıda yerləşirdi.

Təbii fəlakət nəticəsində dağıntı və tələfatla bağlı məlumat yayılmayıb.

Bununla yanaşı, Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, nisbətən güclü olan ilk zəlzələ Tacikistanın qonşusu olan Özbəkistanda da hiss olunurdu.

Oxşar