Suriyənin Homs əyalətinə raket hücumu həyata keçirildi
Suriyənin Homs əyalətinə raket hücumu həyata keçirildi

Suriyənin Homs əyalətində, “Şayrat” aviabazası istiqamətinə raket hücumu gerçəkləşdirildi.

Suriyənin hökümət agentliyi SANA-nın məlumatına görə, Silahlı Qüvvələrin Hava Müdafiyəsi sistemi 10 raketi düşürdü. Raket hücumu zamanı zərər görənlər haqqında məlumat verilmir.

Al Masdar nəşriyyatının yaydığı məlumata görə, raket hücumunun arxasında İsrail durur. 

Suriyə armiyası atəş açdı və hərbi təyyarələr istiqamətinə raketlər buraxdı.

Liban medya-vasitəsi Al Mayadeen-in məlumatına görə, pararlel olaraq, raket hücumu Dəməşqin Cənubunda “Dümeyra” hərbi bazasına da edildi. 

Yayılan məlumata görə, raketlər Suriyənin hava məkanına Liban tərəfindən daxil edildilər.