Suriyədə hərbi əməliyyatlar
Suriyədə hərbi əməliyyatlar

ABŞ, Böyük Britaniya və Fransanın hərbi qüvvələri Suriyəyə aviazərbələr endirdilər, – bu barədə ABŞ-ın Birləşmiş Qüvvələr Qərargahının rəhbəri Cozef Danford Pentaqonda keçirdiyi brifinqdə bəyan etdi.

Danfordun bəyanatına görə, hava zərbələrinin hədəflərindən biri, kimyəvi silah üzərində işlənilən  tədqiqat mərkəzi idi, ikinci hədəf isə, kimyəvi silahın saxlanıldığı anbar. 

Onun dediyinə görə, hava zərbələrinin məqsədi odur ki, gələcəkdə kimyəvi silahdan bir daha istifadə edilməsin.

ABŞ prezidenti Donald Tramp bugün bəyan etdi ki, Duma şəhərində kimyəvi silahdan istifadə edilmə faktına cavab olaraq, Suriyəyə raket zərbələrinin endirilməsi haqqında əmr verdi.

Suriyə iqtidarına qarşı hərbi əməliyyata Britaniya və Fransa da qoşuldular.

ABŞ prezidenti Donald Trampın bəyanatından sonra, Suriyənin paytaxtı Dəməşqdə partlayışlar baş verdi.

ABŞ-ın məlumatına görə, Suriyə rejimi Dəməşqin şərq hissəsi olan Duma şəhərində 2018-ci ilin aprel ayında kimyəvi silahdan istifadə etdi və nəticədə yüzlərlə insan, onların arasında uşaqlar və qadınlar zərər gördü və həlak oldu.

“Qeyd olunan məlumat medya vasitələri tərəfindən kimyəvi hücümun təsvir edilməsinə, zərər görənlərin simptomlarına, video və foto materiallara əsaslanır. Alınan dəqiq məlumat, Suriyə əsgərlərinin koordinasiyalı hərəkət etdiklərini təsdiqləyir”, – deyilir Bəyaz Evin bəyanatında.

ABŞ prezidenti Donald Tramp Suriyəyə edilən raket zərbələrini “tam şəkildə yetirinə yetirliən missiya” adlandırdı.

Bu barədə Donald Tramp öz Twitter səhifəsində yazır.

“Dünən gecə avia-zərbə tam şəkildə yerinə yetirildi. Fransa və Birləşmiş Krallığa göstərdikləri müdrikliyə   və möhtəşəm hərbi qüvvələrininin hərəkət etdirilməsinə görə təşəkkür edirəm. Bundan daha yaxşı nəticə ola bilməzdi!”

Yenə bir Tvitter yazısında Donald Tramp Amerikalı əsgərləri tərifləyir. Onun dediyinə görə, müdafiyə qüvvələrinə yenə bir milyard dollar xərcləndikdən sonra, Amerikan Silahlı Qüvvələrinin dünyada bərabəri olmayacaq.