Suriyada yeni hökumət təsdiqlənib
Suriyada yeni hökumət təsdiqlənib. Mərasim Dəməşqdəki prezident sarayında keçirilib. Suriyanın yeni hökumətində biri qadın olmaqla 22 nazir olacaq.
Yeni hökumətin təsdiqi ilə Suriyada sabitliyi və sülhü bərpa etmək məqsədi daşıyan beş illik keçid dövrü başlayıb.
Suriyanın yeni kabinetində müxtəlif dini və etnik qrupun nümayəndələri öz portfellərini öz üzərinə götürüblər.
Bu ayın əvvəlində müvəqqəti prezident Əhməd Əl-Şaraanın təsdiqlədiyi Suriyanın müvəqqəti konstitusiyasına əsasən, hökumətə baş katib rəhbərlik edəcək.
Suriyanın yeni hökuməti Bəşər Əsədin 24 illik hakimiyyətinin sona çatmasından dörd ayda təsdiqlənib.