Suriyanın şimal-şərq hissəsində terror aktı nəticəsində beş nəfər həlak oldu və yeddi nəfər xəsarət aldı.
Hücüm kürd Kamişli şəhərində baş verdi.
SANA yerli informasiya agentliyinin yaydığı məlumata görə, terrorçular partlayıcı qurğu ilə təchiz olunmuş avtomobildən istifadə etdilər.
Elə onların məlumatına görə, partlayış şəhərin qərb hissəsində yerləşən kvartalda baş verdi.
Bu vaxta qədər terror aktına görə məsuliyyəti üzərinə götürən olmayıb.