Suriya və Rusiya 18 aylıq danışıqlardan sonra ölkədəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı razılığa gəliblər
Suriya dövlət xəbər agentliyinin məlumatına görə, Suriya və Rusiya intensiv danışıqlardan sonra Tartus və Hmeymimdəki bazaların gələcəyini müəyyənləşdirmək üçün qarşılıqlı anlaşma memorandumu əldə ediblər; sənədə əsasən, hərbi bazalara nəzarəti Suriya həyata keçirəcək və onlar tədricən ölkənin mülki administrasiyasına inteqrasiya olunacaqlar.
Suriya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, hər iki tərəfin maraqları naminə yaradılan yeni müqavilələrə uyğun olaraq, hərbi obyektlər birgə təlim və ixtisas mərkəzlərinə çevriləcək və rəsmi Dəməşq üç ay ərzində onlara tam nəzarət edəcək.
Məlumat üçün bildirək ki, Tartusdakı Rusiya dəniz bazası və Hmeymim hava bazası Moskvanın Aralıq dənizində və Yaxın Şərqdə əsas hərbi dayaq nöqtələrindən biri olub.
Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk etdikdən və Suriyanın rəhbəri Əhməd əl-Şaraa olduqdan sonra bazalara nəzarətlə bağlı danışıqlar başlayıb.