Suriya Prezidenti - ABŞ-ın sanksiyaları ləğv etmək qərarı insanların əzabını yüngülləşdirən və bölgədə sabitliyin əsasını qoyan tarixi və cəsarətli qərar oldu
Suriya Prezidenti - ABŞ-ın sanksiyaları ləğv etmək qərarı insanların əzabını yüngülləşdirən və bölgədə sabitliyin əsasını qoyan tarixi və cəsarətli qərar oldu

ABŞ-ın sanksiyaları ləğv etmək qərarı xalqın əzabını yüngülləşdirən, onların dirçəlməsinə töhfə verən və bölgədə sabitliyin əsasını qoyan tarixi, cəsarətli qərar oldu, – bu barədə Suriya prezidenti Əhməd əş-Şara bildirib.

Əhməd Əl-Şaraa dünyanın hər yerindən olan investorları Suriyada müxtəlif sektorlarda mövcud olan imkanlardan yararlanmağa çağırıb.

“Biz Suriyanın yenidənqurma və hərtərəfli inkişaf prosesinə effektiv töhfə vermək üçün investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, milli və xarici kapitalın axını üçün lazımi imkanların təmin edilməsinə sadiq olduğunu təsdiqləyirik. Biz vətənimizdən həm ölkə daxilində, həmçinin onun hüdudlarından kənardan gələn bütün investorları salamlayırıq. Həmçinin, bizim ərəb və türk qardaşlarımızdan və dostlarımızdan, dünynın hər yerindən onları müxtəlif sahələrdə mövcud olan imkanlardan istifadə etməyə çağırırıq”, – Əl-Şara bildirib.