Suriya Prezidenti Əhməd əl-Şaraa Ağ Evə gəlib. Bu barədə “Reuters” yazır. Mənbələrin dediyinə görə, ABŞ Prezidenti ilə Şaraa arasında görüş artıq başlayıb.
Agentlik xəbər verir ki, Şaraa jurnalistlərin və fotoqrafların diqqətindən yayınaraq Ağ Evə yan girişdən daxil olub.
Xatırladaq ki, Əhməd əl-Şaraa Suriyada hakimiyyətə gəlməzdən əvvəl “əl-Qaidə” ilə əlaqəsi olan “Həyat Tahrir əl-Şam” qruplaşmasına rəhbərlik edirdi və səfərə başlamazdan əvvəl ABŞ Şaraanı qlobal terrorçu kimi tanınan şəxslər siyahısından çıxardı.