Suriya Müdafiə Nazirliyində Əsəd tərəfdarlarına qarşı keçirilən hərbi əməliyyatın başa çatdığını bildirirlər
Suriya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Əsəd tərəfdarlarına qarşı keçirilən hərbi əməliyyat başa çatıb. Yayılan məlumata görə, son iki gün ərzində Suriyada yeni hökumət qüvvələri ilə Əsədin ələvi təriqətinə mənsub döyüşçülər arasında davam edən silahlı qarşıdurmada ümumilikdə 1000-dən çox insan həlak olub.
Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani bildirib ki, ictimai müəssisələri artıq işlərini bərpa edə bilərlər.
“Biz həyatın normal ritminə qayıdış, təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üçün yol açırıq”, – Əbdül Qani deyir.
Onun dediyinə görə, Suriyada təhlükəsizlik baxımından mövcud çağırışların aradan qaldırılması üçün sabiq hökumətin qalıqlarına qarşı mübarizə yenə də davam edir.