Suriya mediasının məlumatına əsasən, İsrailin hərbi aviasiyası tərəfindən Dəməşqin bombalanması tələfatla nəticələnib
İsrailin hərbi aviasiyası tərəfindən Suriyanın paytaxtı Dəməşqin bombalanması tələfatla nəticələnib.
Suriya hökumət mediasının məlumatına görə, ölkə paytaxtının Maze və Kudsaya rayonları İsrailin hərbi təyyarələrinin hədəfinə çevrilib. Suriya mediası iki yaşayış evinin bombalandığını yazır.
Hazırda ölənlərin və yaralananların sayı müəyyən edilməyib.
Bundan əvvəl İsrail aviasiyasının Dəməşqin ətraf ərazisində Səidə Zeynəb rayonunu bombaladığı da məlum idi. Yayılmış məlumata əsasən, hədəf İran dəstəklənən qrupların obyektləri olub.
Suriyanın hava hücumundan müdafiə sistemi həmçinin, Homs şəhərində işə salınıb.