Suriya mediasının məlumatına əsasən, İsrailin Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində 15 nəfər həlakolub, 16 nəfər isə yaralanıb

20:20, 14.11.2024

İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu nəticəsində 15 nəfər həlak olub. Ölənlər arasında qadınlar və uşaqlar da var. Suriya hökumət mediasının məlumatına görə, paytaxtın iki məhəlləsinin: Maze və Kudsayanın bombalanması nəticəsində daha 16 insan bədən xəsarəti alıb.

Yerli media yaşayış evlərinin İsrailin hərbi aviasiyasının hədəfi olduğunu bildirir. Şəxsi mülkiyyətə mühüm maddi ziyan dəyib.

Paralel olaraq, İsrail mediası ölkənin müdafiə qüvvələrinə istinadən yazır ki, hərbi təyyarələrin hədəfi “Fələstinin İslam Cihadı” qruplaşmasının binaları və komanda mərkəzləri olub.

Oxşar