"Super qırmızı rəngli ay" - ən nadir astronomik hadisə İrakli Qedenidzenin obyektivində

Şimal yarımkürəsinin əhalisi ən nadir astronomik hadisənin şahidi oldu. Minlərcə həvəskar müxtəlif ölkədə “Super qırmızı rəngli ayın” ən yaxşı kadrının lentə alınmasına çalışırdı. Onlar arasında Birinci Kanalın fotoqrafı İrakli Qedenidze idi.

Bu nadir astronomik hadisə, ayın yer kürəsinə yaxın olduğu zaman baş verir. Bu fenomeni super ay adlandırırlar.

“Super qırmızı rəngli ayı” Gürcüstandan da izləmək mümkün idi. İrakli Qedenidze nadir astronomik hadisəni Tbilisi televiziya qülləsindən çəkdi.