Sumi vilayətinin hərbi administrasiyası, rus hərbçilər tərəfindən qocalar evinə hücum nəticəsində 1 nəfərin həlak olması və 13 nəfərin yaralanması haqda məlumat verir

22:47, 19.09.2024

 

Rus hərbçilər tərəfindən Sumi vilayətinə həyata keçirilmiş hücum zamanı 1 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

Vilayətin hərbi administrasiyasının məlumatına əsasən, Sumidə yerləşən qocalar pansionatına hücum idarə olunan aviasiya bombası ilə həyata keçirilib. Administrasiyanın rəhbəri, sığınacaqda 200-dən çox yaşlı insanın yaşadığını bildirib.

Müəssisədə olanları binadan qısa zamanda çıxarmaq mümkün olub. Onlara binanın yaxınlığındakı ərazidə yardım edilir.

Yayılmış məlumata əsasən, hazırda insanlar başqa qurumlara təxliyyə edilir. Binadan 147 nəfər təxliyyə edilib, dağıntılar altında isə heç kim qalmayıb.

Oxşar