Sumi vilayətinə Rusiyanın hava hücumu nəticəsində 13 nəfər xəsarət alıb
Rusiya keçən gecə Sumi vilayətinə hava zərbəsi endirib. Ukrayna mediasının məlumatında, bu haqda Suminin Vilayət Hərbi Administrasiyasının məlumat yaydığı deyilir.
Hücum nəticəsində 13 nəfər xəsarət alıb.
“Ruslar hədəfi yaşayış evləri, təhsil və tibb müəssisələri olan “Shahed” tipli pilotsuz uçuş aparatlarından istifadə ediblər. Düşmənin hücumu nəticəsində 13 nəfər xəsarət alıb” – Suminin Vilayət Hərbi Administrasiyasının məlumatında qeyd olunub.