Sulxan Tamazaşvili - yeni infrastruktur layihələri və turizm potensialının dəyərləndirilməsi ilə biz dağlıq Acarada miqrasiyanı dayandıra biləcəyik ki, bu da bölgənin inkişafına töhfə verəcək
Komandamızın prioriteti dağlıq Acaranın inkişafıdır. Yeni infrastruktur layihələri və turizm potensialının maksimum dərəcədə istifadə olunması və dəyərləndirilməsi ilə biz dağlıq Acarada miqrasiyanın qarşısını almağa nail olacağıq ki, bu da bölgəmizin inkişafına əhəmiyyətli töhfə verəcək, – bu barədə Acara hökumətinin sədri Sulxan Tamazaşvili Beşumidə keçirilən “Şuamtoba” xalq bayramında çıxışı zamanı bildirib.
Sulxan Tamazaşvili ictimaiyyəti bayram münasibətilə təbrik edib.
“Bu il ilk dəfə xalq bayramı günündə sizə müraciət etmək və bu unudulmaz günü sizinlə keçirmək imkanım oldu. Böyük xoşbəxtlikdir ki, bu gün çoxlu insan toplaşıb burada, bu da sübut edir ki, biz bacardıq, nail olduq və ən vacib olan ənənələrimizi qoruya bildik. Bu məhz sizin xidmətinizdir və buna görə sizə təşəkkür etmək istəyirəm.
Dəfələrlə demişəm ki, komandamızın prioriteti dağlıq Acaranın inkişafıdır. Yeni infrastruktur layihələri,turizm potensialının maksimum dərəcədə istifadə olunması və dəyərləndirilməsi ilə biz dağlıq Acarada miqrasiyanın qarşısını almağa nail olacağıq ki, bu da bölgəmizin inkişafına əhəmiyyətli töhfə verəcək.
Bizim fəxr etdiyimiz dağ sakinlərinin rolunu mütləq qeyd etmək istəyirəm; onların yorulmaz əməyi və möhtəşəm enerjisi kəndimizin dəstəklənməsi və inkişafına mühüm töhfə verir. Əsas məqsədim odur ki, Acara bölgəsində yaradılan rifah və imkanları mümkün qədər bərabər şəkildə əhalimiz arasında paylaşdıraq. Bu, bizim əsas vəzifəmizdir və bunu birlikdə bacaracağıq. Sizləri bu xalq bayramı münasibətilə təbrik edirəm”, – deyə Tamazaşvili qeyd edib.