Sulxan Tamazaşvili Sahil Mühafizəsi Departamentinin Poti bazasına baş çəkdi
Daxili İşlər Naziri Sulxan Tamazaşvili Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin Poti bazasına baş çəkib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, daxili işlər naziri Sərhəd Polisi rəisi Davit Tamazaşvili və departamentin rəhbər şəxsləri ilə birlikdə əməkdaşların iş məkanlarına, Sahil Mühafizəsinin üzən vasitələrinə, eləcə də Poti bazasında mövcud infrastruktura baxış keçirib.
Sulxan Tamazaşvili Sahil Mühafizəsi Departamentinin əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.