Gürcüstanın Daxili İşlər naziri Sulxan Tamazaşvili rəsmi səfərlə Azərbaycan Respublikasındadır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazovla görüş keçirəcək.
Görüşdə müzakirə olunacaq əsas mövzular Gürcüstan və Azərbaycan arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlıq və tərəfdaşlığın daha da gücləndirilməsi perspektivləri olacaq.
Sulxan Tamazaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə Daxili İşlər nazirinin birinci müavini Roni Mesxi də daxildir, – Daxili İşlər Nazirliyinin məlumatında deyilib.