Sulxan Tamazaşvili Levan İoseliani ilə işgüzar görüş keçirib
Daxili İşlər Naziri Sulxan Tamazaşvili, müavini Aleksandre Daraxvelidze ilə birlikdə Xalq Müdafiəçisi Levan İoseliani ilə işgüzar görüş keçirib.
Görüşdə Xalq Müdafiəçisinin müavinləri də iştirak ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, tərəflər Daxili İşlər Nazirliyi ilə Xalq Müdafiəçisi Aparatı arasında mövcud əməkdaşlığı və bu əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
“Sulxan Tamazaşvili nazirliyin fəaliyyətinin əsas istiqamətlərini və cari prioritetlərini nəzərdən keçirib. Diqqət qurumlar arasında səmərəli əməkdaşlığın və koordinasiyanın vacibliyinə yönəldildi. Tərəflər həmçinin gələcək əməkdaşlıq planlarını müzakirə ediblər və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün hazır olduqlarını təsdiqləyiblər”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilib.