Sulxan Tamazaşvili xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının memorialını əklillə bəzəyib
Polis Günü ilə əlaqədar olaraq, daxili işlər naziri Sülxan Tamazaşvili xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş polislərin xatirəsini yad edib və nazirliyin ərazisində yerləşən memorialı əklillə bəzəyib.
Qurumun məlumatına görə, mərasim fəxri qarovulun müşayiəti ilə keçirilib və orada daxili işlər nazirinin müavinləri və nazirliyin müxtəlif bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Tədbir iştirakçıları vətənə və cəmiyyətə xidmət yolunda canlarından keçmiş polislərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.