Sulxan Tamazaşvili qrant proqramında qalib gəlmiş tələbələrlə görüşüb
Acara hökumətinin sədri Sulxan Tamazaşvili qrant proqramında qalib gəlmiş tələbələrlə görüşdü.
Görüşdə Sulxan Tamazaşvili ilə birlikdə Ali Şuranın sədri Davit Qabaidze və Təhsil və İdman naziri Maia Xacişvili də gənclərə müraciət edib və uğurlar arzulayıb.
Proqram Acara Təhsil və İdman Nazirliyi tərəfindən həyata keçirilir və əlaçı tələbələrin xaricdə təhsil xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Cari il qrant proqramı çərçivəsində 100-dən çox tələbə maliyyələşdiriləcək.
Hökumət sədri gənclərə yeni təşəbbüsü də təqdim edib, bu təşəbbüs seçilmiş tələbələr üçün hər semestr 1 000 lari məbləğində təqaüd nəzərdə tutur. Acara Təhsil və İdman Nazirliyi təqaüdün verilməsinə yeni tədris ilindən başlayacaq.
Acara Muxtar Respublikasının Hökumətinin mətbuat xidməti məlumat yayır.