Sulxan Tamazaşvili, Davit Tamazaşvili və Vaja Siradzeyə general-mayor ali xüsusi rütbəsi verilib
Sulxan Tamazaşvili, Davit Tamazaşvili və Vaja Siradzeyə general-mayor ali xüsusi rütbəsi verilib

Gürcüstanın Daxili İşlər Naziri Sulxan Tamazaşviliyə Polis General-mayoru ali xüsusi rütbəsi verilib. Sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayır, – bu barədə Hökumət Administrasiyasının yaydığı məlumatda deyilib.

Həmçinin, Hökumət Administrasiyasının məlumatına görə, general-mayor ali xüsusi rütbəsi Tbilisi Polis Departamentinin direktoru Vaja Siradzeyə verilib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi David Tamazaşviliyə Gürcüstan Sərhəd Polisinin general-mayoru ali xüsusi rütbəsi verilib.