Sulxan Tamazaşvili Batumi Dövlət Universitetinin məzunlarının buraxılış mərasimində iştirak edib
Acara Muxtar Respublikası Hökumətinin sədri Sulxan Tamazaşvili Batumi Dövlət Universitetinin məzunlarının buraxılış mərasimində iştirak edib. Bu barədə Acara hökuməti məlumat yayır.
Qurumun məlumatına görə, hökumət sədri məzunları təhsillərini başa vurmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
“Sulxan Tamazaşvili qeyd edib ki, Keyfiyyətli və müasir tələblərə uyğun təhsil sisteminin təmin edilməsi hökumətin prioritet istiqaməti olaraq qalır. 2025-ci ildə Batumi Dövlət Universitetini 1000-dən çox tələbə bitirib. Onların arasında 100-ə yaxın əlaçı məzun xüsusi sertifikatla mükafatlandırılıb.
Tələbələri təhsillərini başa vurmaları münasibətilə universitetin rektoru Tite Aroşidze, Acara hökuməti və Ali Şuranın nümayəndələri, professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar təbrik ediblər”, – bu barədə Acara hökumətinin yaydığı məlumatda deyilib.