Sulxan Tamazaşvili – Acara Respublikasının ehtiyat fondundan təbii fəlakət və yanğından zərər çəkmiş ailələrə maliyyə yardımı göstəriləcək
Sulxan Tamazaşvili – Acara Respublikasının ehtiyat fondundan təbii fəlakət və yanğından zərər çəkmiş ailələrə maliyyə yardımı göstəriləcək

Acara hökumətinin iclasında hökumətin sədri Sulxan Tamazaşvili gündəlikdə nəzərdə tutulmuş məsələlərin müzakirəsinə keçməzdən əvvəl bölgədəki yeniliklər barədə danışıb.

Hökumət sədrinin qərarına əsasən, Acara Respublikasının ehtiyat büdcə fondundan yanğın və təbii fəlakət nəticəsində zərər çəkmiş ailələrə maliyyə yardımı göstəriləcək.

“Vacib bir qərar qəbul etdik və Acara Respublikasının ehtiyat büdcə fondundan təbii fəlakət və yanğından zərər çəkmiş ailələr üçün 2 500 000 lari məbləğində vəsait ayrıldı. Müvafiq vəsaiti Kobuleti, Xelvaçauri, Keda, Şuaxevi və Xulo munisipalitetlərində yaşayan 205 ailə alacaq. Ümumilikdə, cari ildə, təbii fəlakətdən zərər çəkmiş əhalimiz üçün yardım məqsədilə təxminən yeddi milyon yarım lari ayrılıb; 700-ə yaxın ailə maddi kompensasiya alacaq ki, bu da bölgədə sosial fonun dəyişməsinə və həmin insanların həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaq”, – Sulxan Tamazaşvili bildirib.

Məlumatı Acara Muxtar Respublikası hökumətinin mətbuat xidməti yayır.