“Sülh planı” ilə bağlı ABŞ-Ukrayna məsləhətləşmələri İsveçrədə keçiriləcək, Ukrayna nümayəndə heyətinə Andrey Yermak rəhbərlik edəcək
“Sülh planı” ilə bağlı ABŞ-Ukrayna məsləhətləşmələri İsveçrədə keçiriləcək, Ukrayna nümayəndə heyətinə Andrey Yermak rəhbərlik edəcək

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rustem Umerov bildirir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış 28 bəndlik “sülh planı” ilə bağlı amerika tərəfi ilə məsləhətləşmələr keçiriləcək.

Onun sözlərinə görə, yaxın günlərdə Ukrayna və ABŞ-ın yüksək rütbəli rəsmi şəxsləri arasında məsləhətləşmələrə başlanacaq, onların məqsədi gələcək sülh sazişinin parametrlərini müəyyən etmək olacaq.

“Ukrayna bu prosesə öz maraqlarını aydın şəkildə dərk etməklə yanaşır. Bu, son günlər davam edən dialoqun növbəti mərhələsidir və ilk növbədə gələcək addımların razılaşdırılmasına yönəlib”, – Umerov sosial şəbəkədə yazır.

Rustəm Umerovun “Telegram” kanalında yazdığına görə, məsləhətləşmələr İsveçrədə keçiriləcək. Lakin dəqiq tarix hələ məlum deyil.

Qeyd etmək lazımdır ki, ilkin olaraq Umerovun dərc etdiyi məlumatda danışıqlara Avropa İttifaqı ölkələrinin də qatılacağı göstərilmişdi, lakin sonradan bu qeyd düzəldildi.

Ukrayna mediasının məlumatına görə, İsveçrədəki Ukrayna nümayəndə heyətinin üzvləri Umerovun özü, həmçinin Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, hərbi kəşfiyyatın rəhbəri Kiril Budanov və Ukrayna xarici işlər nazirinin müavini Sergey Kisilitsa olacaq.