Koronavirusla bağlı Gürcüstan iqtidarı tərəfindən hazırlanan rəsmi veb-səhifə stopcov.ge-yə milli azlıqların dili də əlavə olunur.
İqtidar administrasiyasının məlumatına görə, hazırki mərhələdə veb-səhifənin Azərbaycan dilli versiyası işləyir və yaxın günlərdə daha da təkmilləşdiriləcək. Həmçinin, veb-səhifənin erməni versiyası da hazırlanır.
Gürcüstan iqtidarı etnik azlıqların dillərində məlumatı yaymaqla yanaşı, Gürcüstanın Birinci Kanalı ilə də fəal şəkildə əməkdaşlıq edir.
Yerli icra hakimiyyətlərinin nümayəndələri Marneuli və Bolnisidə milli azlıqlara koronavirusla bağlı intensiv şəkildə məlumat çatdırırlar.
Səhiyyə Nazirliyinin bütün tövsiyyələri tərcümə edildi. Gürcü, azərbaycan və erməni dillərində video-müraciətlər yazıldı.
Regionda yaşayan milli azlıqlara koronavirus haqqında məlumat daşıyan materiallar evlərində veriləcək.
Gürcüstan iqtidarı tərəfindən fövqəladə rejim haqqınma məlumat daimi şəkildə tərcümə olunur və İctimai Yayımçının veb-səhifəsində yerləşdirilir www.1tv.ge.
Bu gündən etirbarən, koronavirusla bağlı hər cür məlumat stopcov.ge-də də Azərbaycan dilində təqdim ediləcək.