Stiv Uitkoff Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda yaxşı xəbərlərin gözlənildiyini bildirir
Stiv Uitkoff Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda yaxşı xəbərlərin gözlənildiyini bildirir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun dediyinə görə, Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı danışıqlarda yaxşı xəbər gözlənilir. O, “Fox News”a verdiyi müsahibədə deyib ki, o və Cared Kuşner hər iki tərəfə bir neçə təklif təqdim ediblər və növbəti üç həftədə görüşün keçirilməsi gözlənilir ki, bu da Volodimir Zelenski ilə Vladimir Putin arasında zirvə görüşü ilə nəticələnə bilər.

Uitkoff belə bir zirvə görüşünün keçiriləcəyi təqdirdə Donald Trampın da iştirak edəcəyini istisna etmir.

“Bu, axmaq bir müharibədir. Onlar torpaq uğrunda döyüşür və mübahisə edirlər. Hər kəs bu sözü deyir – ləyaqət, amma bu nə deməkdir, bu qədər insan ölürsə, sizə ləyaqət nə verir?! Düşünürəm ki, hər iki tərəfin bir araya gəlməsi müsbət təsir göstərib. Onlar sanki bir-birilərinə qarşı döyüşmək istəmirlər, elə düşünmürəm ki, istəyələr. Düşünürəm ki, liderlik səviyyəsində razılığa gəlmək onlar üçün çətindir. Cared və mən tərəflərə növbəti üç həftə ərzində bir araya gəlmələrinə və bəlkə də Zelenski ilə Prezident Putin arasında prezident Trampın da qoşula biləcəyi zirvə görüşünə səbəb olmağa imkan verən bir sıra təkliflər irəli sürdük. Onu da deməliyik ki, o, işin öhdəsindən gələ biləcəyini və ən yaxşı nəticəni əldə edə biləcəyini hiss etməsə, görüşə gəlmək istəməyəcək. Bilirsiniz ki, onun bunu etmək üçün unikal qabiliyyəti var. Ümid edirəm ki, qarşıdakı həftələrdə xoş xəbərlər eşidəcəksiniz”, – Uitkoff bildirib.