Stiv Uitkoff - “HƏMAS”dan gördüklərim tamamilə qəbuledilməzdir, razılaşma danışıqlar masasındadır və “HƏMAS” onu qəbul etməlidir
Stiv Uitkoff - “HƏMAS”dan gördüklərim tamamilə qəbuledilməzdir, razılaşma danışıqlar masasındadır və “HƏMAS” onu qəbul etməlidir

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “HƏMAS”ın onun təklif etdiyi atəşkəs razılaşmasını qəbul etməsi ilə bağlı məlumatı təkzib edir.

““HƏMAS”dan gördüklərim tamamilə qəbuledilməzdir”, – Uitkoff “Axios”a müsahibəsində qeyd edib.

ABŞ-ın xüsusi nümayəndəsinin bildirdiyinə görə, İsrail müvəqqəti atəşkəs razılaşmasına hazırdır, razılaşmaya əsasən, girovların bir qismi öz vətənlərinə qayıdacaq və daimi atəşkəs üçün mühüm danışıqlar başlayacaq.

“Bu razılaşma danışıqlar masasındadır. “HƏMAS” onu qəbul etməlidir”, – Uitkoff bildirir.

Məlumat üçün bildirək ki, daha əvvəl “Reuters” mənbələrə əsaslanaraq “HƏMAS”ın ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəs təklifini qəbul etdiyini bildirib.