Stiv Uitkoff – ABŞ heç vaxt Ukraynaya müdafiə kəşfiyyatı məlumatlarının verilməsini dayandırmayıb

20:54, 10.03.2025

ABŞ heç vaxt Ukraynaya müdafiə kəşfiyyatı məlumatlarının verilməsini dayandırmayıb, – bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki nümayəndəsi Stiv Vitkoff bildirib.

Uitkoffun dediyinə görə, ABŞ heç vaxt Ukraynaya “ukraynalıların ehtiyac duyduğu hər hansı müdafiə məqsədləri üçün” kəşfiyyat məlumatlarının verilməsini dayandırmayıb.

Uitkoff sabah Səudiyyə Ərəbistanında ukraynalı rəsmi şəxslərlə görüşəcək ABŞ nümayəndə heyətinin üzvüdür.

“Çox müzakirələr keçirildi. Mən bunu irəliləyiş kimi qiymətləndirmək istəyirəm”, – Uitkoff “Fox News”a müsahibəsində bildirib.

Bununla yanaşı, Uittkoff bu həftəki görüşlər zamanı faydalı minerallar üzrə sazişin imzalanacağına ümid etdiyini bildirib.

Oxşar