Steve Uitkoff – Rusiya işğal olunmuş Ukrayna ərazilərinin bir hissəsini qəbul edə bilər
Rusiya Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsini qəbul edə bilər, – bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “The Wall Street Journal”a müsahibəsində bildirib.
Amerikalı diplomatın dediyinə görə, o, “Putinin Ukrayna torpağında ilişib qaldığı” zaman Moskvada Rusiya prezidenti Vladimir Putinlə ərazilərlə bağlı danışıb.
ABŞ-ın xüsusi nümayəndəsi belə bir fikir bildirib ki, Rusiya özünün hesab etdiyi beş bölgədən bəzilərini qəbul edə bilər, amma hamısını yox. Uitkoff həmçinin qeyd edib ki, Ukrayna rusdilli bölgələrlə bağlı daha az narahat ola bilər.
Rusiya prezidenti Vladimir Putin Krım, Donetsk, Luqansk, Zaporojya və Xersonu Rusiyanın bir hissəsi elan edib. Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, Ukrayna heç vaxt bu əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq.