Stepantsminda–Larsi hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib
Stepantsminda-Larsi hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib, – bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayır.
“Mtsxeta-Stepantsminda-Larsi beynəlxalq əhəmiyyətli 124km-139km (Stepantsminda-Larsi ) hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib. Qeyd olunan avtomobil yolunun 135-ci km-də (Devdoraki-Amali dərəsi) avtonəqliyyatın hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək”, – Yollar Departamentinin məlumatında deyilib.
İşarələndirici qurğunun işə salınması ilə əlaqədar dünən Stepantsminda-Larsi hissəsində avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.