Stavropolda dron hücumundan sonra kimya zavodunda yanğın baş verib
Stavropolda dron hücumundan sonra kimya zavodunda yanğın baş verib

Stavropolda dron hücumundan sonra kimya zavodunda yanğın baş verib. Bu barədə KİV-lər yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıblar.

Mövcud məlumata görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri sözügedən zavoda ən azı altı dəfə hücum edilib.

Onların verdiyi məlumata görə, hücum səbəbindən Rusiyanın Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində yanğın baş verib. Bundan əvvəl şəhərdə dron hücumu ilə əlaqədar həyəcan siqnalı verilib. Naberejnıye Çelnıda yanğın 6000 kvadratmetr sahəni əhatə edib.

Bununla yanaşı, yanğın elektrik avadanlıqlarının istehsalı zavoduna da keçib. Yerli qubernatorun bəyanatına görə, yanğın nəticəsində tələfat olmayıb.