Şri-Lankada "Ditva" siklonu nəticəsində həlak olanların sayı 607-yə yüksəlib, 214 nəfər itkin düşmüş hesab olunur
Şri-Lankada "Ditva" siklonu nəticəsində həlak olanların sayı 607-yə yüksəlib, 214 nəfər itkin düşmüş hesab olunur

Şri-Lankada “Ditva” siklonu nəticəsində həlak olanların sayı 607-yə yüksəlib, 214 nəfər itkin düşmüş hesab olunur.

Fəlakətlərin İdarə Olunması Mərkəzinin məlumatına əsasən, təbii fəlakət ölkə miqyasında 586 464 ailədən 2 milyondan çox insana ziyan vurub. 4 164 ev dağılıb, 67 505 yaşayış evi isə qismən zədələnib.

Medianın məlumatına görə, Meteorologiya Departamenti şimal-şərq musson şəraiti ilə əlaqədar dekabrın 9-11-də ölkənin bəzi hissəsində yağıntının artacağını proqnozlaşdırır.

Kandy, Kegalle, Kuruneqala, Matale və Nuwara Eliya rayonlarında torpaq sürüşməsi təhlükəsi ilə bağlı artıq üçüncü səviyyəli erkən xəbərdarlıq verilib.