Şri-Lankada "Ditva" siklonu nəticəsində ən azı 46 nəfər həlak olub, 23 nəfər isə itkin düşmüş hesab edilir
Şri-Lankada "Ditva" siklonu nəticəsində ən azı 46 nəfər həlak olub, 23 nəfər isə itkin düşmüş hesab edilir

Şri-Lankanı “Ditva” siklonu vurub. Təbii fəlakət nəticəsində ölkədə ən azı 46 nəfər həlak olub, 23 nəfər isə itkin düşmü hesab edilir. Bu barədə məlumatı “Reuters” yayır.

Medianın məlumatına görə, növbəti 12 saat ərzində gözlənilən güclü yağışlar və güclü külək daha çox daşqınlara səbəb olacaq.

Təbii fəlakət ölkənin şərq və mərkəzi rayonlarında xüsusilə ağır nəticələr törədib. Fəlakətlərin İdarə Olunması Mərkəzinin məlumatına görə, ölkə miqyasında 44 minə yaxın insan zərər çəkib.

Hindistan Şri-Lankada təbii fəlakətdən zərər çəkmiş bölgəyə humanitar yardım göndərib.